Lənkəranda ev YANDI
11:07 / 03.03.2024
13909
Lənkəran şəhərinin Gərmətük qəsəbəsində ümumi sahəsi 170 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.