Ağdamda silah-sursat AŞKARLANDI
![Ağdamda silah-sursat AŞKARLANDI](https://sfera.az/photo/orginal/2024/02/12/1707723987_65c9cc01a192365c9cc01a1924170772377765c9cc01a192065c9cc01a1922.jpg)
11:44 / 12.02.2024
5880
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən 6 ədəd avtomat, 1 ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.