Zaqatalada 40 yaşlı kişi intihar etdi
![Zaqatalada 40 yaşlı kişi intihar etdi](https://sfera.az/photo/orginal/2024/02/12/1707683024_1707682121_2016-11-21-10-05-21asdi.jpg)
00:37 / 12.02.2024
4887
Zaqatalada 40 yaşlı kişi intihar edib.
Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dardoqqaz kəndində baş verib.
Kənd sakini, 1984-cü il təvəllüdlü Ömərxan Makarov yaşadığı evin həyətində olan istifadəsiz mal tövləsində özünü asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.