Ehtiyatsızlıq Aqil Əhmədovun ölümünə səbəb oldu

Ehtiyatsızlıq Aqil Əhmədovun ölümünə səbəb oldu

Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Mingəçevir şəhər prokurorluğundan Sfera.az-a verilən məlumata görə, fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev: "Cənubi Qafqazda artıq de-fakto sülh var"

Cənubi Qafqazda artıq de-fakto sülh var.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xari...

Azərbaycan və Rusiya XİN başçıları Türkiyədə GÖRÜŞDÜ - YENİLƏNDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər.   ...

"Fransızlar Ukrayna üçün ölməyəcək" -  Fransa XİN rəhbəri Makrona QARŞI ÇIXDI

“Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işl...

"Arsenal"ın yarımmüdafiəçisi: "Bundan şərəf duyuram"

"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays "topçular"da oynamaqdan qürur duyduğunu bildirib.    Sfera.az bildirir ki, ingilis ...

Rövnəq Abdullayev bu vəzifədən gedir - Özü AÇIQLADI

Rövnəq Abdullayev AFFA-nın prezidenti postuna namizədliyini irəli sürməyəcək.   Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, Gəncə F...

"Etdiklərinin cəzasını alacaqlar" -  Ebru Gündeşin yeni evliliyinə SƏRT REAKSİYA

2021-ci ildə Rza Zərrabdan boşanan Türkiyənin məşhur müğənnisi Ebru Gündeş özündən 12 yaş kiçik sevgilisi Murat Özdəmirlə Dubayda ailə həyatı qurub. &nb...