Astarada FACİƏ: Azyaşlı uşaq qızılcadan ÖLDÜ - YENİLƏNDİ

Astarada FACİƏ: Azyaşlı uşaq qızılcadan ÖLDÜ - YENİLƏNDİ

Xəstə Y.Ə. 5 fevral 2024 - cü il tarixdə, saat 10:17 radələrində valideynləri tərəfindən xəstəxanaya gətirilib.

 

Sfera.az xəbər verir ki, bunu APA-nın cənub bürosuna Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev bildirib.

 

"Müvafiq həkimlər tərəfindən xəstə müayinə olunub və ona qızılca diaqnozu qoyulub. Vəziyyəti ağır olmadığına görə ambulator müalicəyə göndərilib. Həkim nəzarətində saxlanılması məsləhət görülüb. 7 fevral tarixində Astara Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib və orada ona bədən hərarəti yuxarı olduğuna görə yardım göstərilib, infuziya da olunub. Vəziyyəti stabilləşəndən sonra evə göndərilib. Bu gün səhər saatlarında ailə üzvləri tərəfindən təcili yardıma çağırış olunub. Təcili yardım onların evinə gedərkən, yolda həmən xəstənin gətirilməsini görüblər və maşında təcili yardım həkimləri xəstəni müayinə ediblər. Onun həkimə qədərki ölüm faktı qeydə alınıb".

 

***

 

16:41

 

Astara rayonunda azyaşlı uşaq qızılcadan ölüb.

 

Sfera.az xəbər verir ki, hadisə rayonunun Maşxan kəndində baş verib.

 

Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ağamir oğlu Əliyevdə 4 gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır. (Report)


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...