Qazanxanada partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI
![Qazanxanada partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI](https://sfera.az/photo/orginal/2024/02/06/1707205812_55e83037-3b9a-461a-a213-640206ee2bb1.jpg)
11:47 / 06.02.2024
14909
Bakının Yasamal rayonunda qazanxanada baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Sfera.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 03:58 radələrində Yasamal rayonu, İnşaatçılar pr. 11B ünvanında baş vermiş partlayış nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (cinsi kişi) Klinik Tibbi Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə gətirilib.
Ona döş və belin küt travması diaqnozu qoyulub: “Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb”.