Bakıda faciəli şəkildə ölən alim Azərbaycana buna görə gəlibmiş - TƏFƏRRÜAT

Bakıda faciəli şəkildə ölən alim Azərbaycana buna görə gəlibmiş - TƏFƏRRÜAT

Bakıda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən türkoloq alim Arif Acaloğlunun Türkiyədən Azərbaycana gəlişinin səbəbi məlum olub.

 

Sfera.az-ın məlumata görə, o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Əhməd Ağaoğlu və Türk dünyası" mövzusunda bu gün keçirilən beynəlxalq elmi konfransa dəvət olunub.

 

Beynəlxalq konfrans bu gün saat 11-də başlayıb və bu dəqiqələrdə başa çatıb. Faciəli şəkildə vəfat edən alimin tədbirdə məruzə ilə çıxışı gözlənilirmiş.

 

AMEA prezidenti İsa Həbibbəyli A.Acaloğlunun faciəli vəfatı ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə AMEA-nın alimləri ilə yanaşı Türkiyədən dəvət olunmuş daha bir alim iştirak edib.

 

Qeyd edək ki, İstanbul Mərmərə Universtitetinin müəllimi, türkoloq alim Arif Acaloğlu Türkiyədən Azərbaycana qayıdan zaman Bakıda faciəli şəkildə vəfat edib. Noyabrın 15-i saat 23:30-da Bakı Olimpiya Stadionunun yaxınlığında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdirildiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. (İqtisadiyyat.az)


OXŞAR XƏBƏRLƏR

Milli Məclis büdcənin icrasını təsdiqlədi

Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi qəbul edilib. ...

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olundu

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə...

Konstitusiya Məhkəməsinə yeni hakimlər TƏYİN OLUNDU – ADLAR

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub.   Sfera.az xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən iclasında səsə qoyularaq ...

Prezident İlham Əliyev Donald Trampı təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir k...

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimovun qanunsuz hərəkətlərinə görə Rusiya vət...

Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti cən...