Ağsuda “Ford” aşdı, sürücü öldü

Hadisə
18:52 / 07.09.2023
5321
Ağsu rayonu Çiyni kəndi ərazisində “Ford” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Sfera.az məlumatına görə, nəticədə sürücü, 1990-cı il təvəllüdlü Akif Məmmədov ölüb, sərnişin, 1998-ci il təvəllüdlü Nural Quliyev isə xəsarət alıb.
Məlumatı DİN-in Şəki regional qrupundan təsdiq ediblər.
Faktla bağlı araşdırma aparılır.