Ələt-Astara yolunda qəza - Yaralananlar var

Hadisə
15:25 / 03.09.2023
5926
Ələt-Astara avtomobil yolunda qəza olub, yaralananlar var.
Sfera.az xəbər verir ki, hadisə yolun 105-ci km-də qeydə alınıb.
Belə ki, "Nissan" markalı minik avtomobili maneəyə çırpılıb.
Hadisə yerinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda yaralanan 4 nəfər xəstəxanaya aparılır. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.