Cəlilabadda ikimərtəbəli ev yandı

Hadisə
23:57 / 26.03.2023
43514
Cəlilabad şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanının tavanı 6 m² sahədə, 1 ədəd qapısı və binanın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.
"Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.