Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Hadisə
13:31 / 23.04.2022
1126
Metronun "28 May” stansiyasında qatarda nasazlıq yaranıb.
Gundem.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sərnişinlər qatardan düşürülüb. Xəttə köməkçi qatar verilib və təlimat tələblərinə uyğun olaraq həmin qatardan da sərnişinlər düşürülüb. Nasaz qatar xətdən çıxarılıb.