5 yaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır
Hadisə
19:31 / 17.06.2016
2516
Gəncədə 5 yaşlı uşağı avtomobil vurub.
Sfera.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Yusif Məmmədov anası ilə birlikdə sərnişin avtobusundan düşdükdən sonra yoldan keçən avtomobil onu vurub.
Ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən uşağın vəziyyətini həkimlər ağır qiymətləndirir.
Polis sürücünün axtarışlarına başlayıb. Faktla bağlı araşdırma aparılır.