“Avtovağzal” metrostansiyasını su basdı
22:11 / 28.04.2016
2836
Yeni istifadəyə verilmiş "Avtovağzal” metrostansiyasının çatışmazlıqları elə ilk yağışda üzə çıxdı.
Sfera.az Gün.az-a istinadən xəbər verir ki, Bakıda axşam saatlarında başlayan və getdikcə güclənən yağış nəticəsində "Avtovağzal” metrostansiyasının içərisinə su dolur.
Xüsusilə, metrostansiyanın giriş-çıxış hissəsində suötürücü qurğuların olmaması nəticəsində yağış suları artıq eskalatora çatıb.
Eskalatoru su basması sərnişinlərin hərəkətinə ciddi çətinliklər törədib.