“Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə…” – Sabiq deputatlara İTTİHAM
19:39 / 28.03.2020
8320
Tanınmış jurnalist Bahar Rüstəmli sabiq millət vəkillərini xalqın ağır günlərində biganə münasibətlərinə görə sərt tənqid edib.
Sfera.az-ın məlumatına görə, jurnalist sosial şəbəkə hesabında kifayət qədər maddi imkanlara sahib olmalarına baxmayaraq Koronavirusla Mübarizəyə Dətək Fonduna yardım etmədiklərinə görə qınayıb:
"Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Çingiz Qənizadə xalqın ağır günündə əllərini ciblərinə salmadılar”.
Xatırladaq ki, adıçəkilən sabiq deputatların hər birinin kifayət qədər geniş maddi imkanları var.