Göyçay: “Yeraltı hamam”ın sirri

Göyçay: “Yeraltı hamam”ın sirri

Göyçay, 15 fevral, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay şəhərində 130 il əvvəl tikilmiş "Yeraltı hamam” Azərbaycanın nadir memarlıq abidələrindən biridir.

Rayon təhsil şöbəsinin məsul işçisi, tarixçi Əkbər Əlioğlu AZƏRTAC-a bildirib ki, o vaxt Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Deyilənə görə, Həzrət bəyin Göyçay və Ucarda pambıq zavodları, çörək, kitab və ərzaq mağazaları vardı.

Uzun illər insanlara xidmət göstərən bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Hamamın çirkab suları hara və necə axıdılırmış? Aparılan araşdırmalara baxmayaraq, bu sual hələ də cavabsız qalır.. "Yeraltı hamam” adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Onlardan ikisi qadınlar, biri isə kişilər üçün idi. Hamamdan eyni vaxtda 70 nəfər istifadə edə bilirdi.

Müsahibimizin sözlərinə görə, hamamın özəlliklərindən biri də onun qış vaxtı qızdırılması ilə bağlıdır. Belə ki, araşdırmalar zamanı içəridə heç bir xüsusi qızdırıcı şəbəkə aşkarlanmayıb. Məlum olub ki, ocaqxanada qızdırılan isti su bişmiş kərpicdən tikilmiş döşəmənin altındakı borularla dövr edərək hər üç salonu qızdırırmış.

Ötən əsrin 30-40-cı illərində "Yeraltı hamam”ı həbsxanaya çeviriblər. İkinci dünya müharibəsindən sonra isə ondan bir müddət pendir sexi kimi istifadə olunub. 1958-ci ildə bina təmir edilərək yenidən ilkin funksiyasına qaytarılıb.

Zaman öz işini görüb. Hazırda damında və divarlarında böyük çatlar əmələ gələn abidənin uçmaq təhlükəsi yaranıb. Salonlar bərbad hala düşüb. Əkbər müəllim deyir ki, Azərbaycanda bənzəri olmayan, Şərq memarlığı üslubunda inşa edilən bu unikal abidənin bərpaya ciddi ehtiyacı var.

Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Göyçaya gələrək bu tarixi abidənin vəziyyəti ilə tanış olub və burada təmir-bərpa işləri aparılacağı bildirilib. O vaxtdan üç il keçsə də, bu işə başlanılmayıb.

Xatırladaq ki, ölkə əhəmiyyətli tarixi abidə olan "Yeraltı hamam” kompleksi dövlət tərəfindən qorunur.







OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...