Gürcüstanla sərhəddə nə baş verir? - BÖYÜK PROVAKASİYA

Gürcüstanla sərhəddə nə baş verir? - BÖYÜK PROVAKASİYA
Dünən Azərbaycanla sərhəddə yerləşən Keçikçi Dağı Məbəd-Kompleksində yenidən vəziyyət gərginləşib. Belə ki, Udabno kəndinin sakinləri əraziyə axışıb və Azərbaycan sərhədçilərinə təzyiq göstərməyə çalışıblar. Bu gün isə Gürcüstanın Daxili İşlər Nazirliyi vətəndaşlarını delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

Sfera.az xəbər verir ki, politoloq Qabil Hüseynli baş verənləri "Yeni Sabah"a şərh edərkən bunun bir provokasiya olduğunu deyib:

"Bir provokatorun guya Azərbaycan sərhədçilərinin həmin Keçikçi Dağdakı bəzi ikonaların çıxarıb aparması ilə bağlı yaydığı şayiənin nəticəsidir. Guya həmin məbəddə olan bütün qiymətli şeylərə Azərbaycan tərəfindən qəsd edilir və daşınır. Bu mümkün deyil axı. 2-3 saata bir neçə əsgər o qədər şeyi daşıyıb apara bilməz, heç aparmaz da. Bu şayiənin əsassız olduğu Gürcüstan höküməti tərəfindən də müəyyən edilib. Bilinib ki, bu provokator özü bələdçi işləyirmiş. Onun oğurlanıb dediyi ikonalar yerindəcə tapılıb. Bələdçi isəTbilisyə aparılıb”.

Ekspert həmin şəxsin Rusiyanın agenti ola biləcəyini düşünür:

"Həmin şəxs başqa bir dövlətə, Rusiyaya da xidmət edə bilər. Nəticədə ortada ciddi bir insident yaradan hadisə olmadığı halda, bu məsələ genişlənib. Gürcüstan höküməti də öz əhalisinə müraciət edib ki, hər şey qaydasındadır və nahaq yerə dedi-qodu, şayiə yaymayın və delimitasiya işləri ilə məşğul olan komissiyanın işlərinə mane olmayın. Xüsusən də həmin məbədin olduğu yerlərə axın etməməyi məsləhət görüb ki, komissiya öz işini görsün”.

Politoloq həmçinin tarixi faktları da qeyd edib:

"Keçikçi Dağ Azərbaycan ərazisinə düşən bir bölgədir. Çünki Sovet dövründə ora ancaq Azərbaycanın tabeçiliyində olub. Ora Ceyrançölün bir qismidir - Ceyrançöl, Ağstafa və Samux rayonları ərazisində böyük bir düzənlik və otlaq sahəsidir. Bir sıra bölgələrdən gələn kolxozlar gətirib qoyunlarını həmin yerlərdə yataq tikib saxlayırdılar. Keçikçi Dağ silsiləsində tikilmə yolu ilə yox, oyulma yolu ilə yaradılan otaqlar var idi ki, onlarda yalnız Azərbaycan çobanları yaşayırdı. Azərbaycan tarixçiləri də bu saat israrla sübut edirlər ki, müstəqillik illərində məbəddə müəyyən dəyişikliklər aparılıb. Həmin məbəd əslində albanlar tərəfindən inşa edilib. Sovet dövründə də 1967-ci ildə aero çəkiliş zamanı təsdiq edilmiş sərhədin inzibati bölgüsünə uyğun olaraq bura Azərbaycan ərazisi kimi əvvəldən tanınıb və SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilib. İndi həmin əraziyə iddia edilməsi qəribədir”.

Politoloq məsələnin Saakaşvili dövründə də gündəmə gətirildiyini xatırladıb:

"Üstəlik Saakaşvili dövründə də bu məsələ qaldırılmışdı. O deyirdi ki, bu məbədin tutduğu ərazinin 10 misli qədər ərazini başqa yerdə sizə verək, siz isə bu ərazini bizə verin. O zaman danışıqların kompromis variantı belə idi. İndi gürcülər bizdən nə tələb edir, nə istəyir onu bilmirəm. Amma hər halda bu məsələni Azərbaycan və Gürcüstan tərəfi həll etməyə çalışacaq və məncə, həll edəcək”.

Qabil Hüseynli bu cür insidentlərin yaşanmaması üçün Azərbyacanın bölgədə nəzarəti gücləndirməsini vacib hesab edib:

"Çünki məbədin içərisinə gürcü keşişləri nəzarət etsə də, məbədə giriş və çıxışa Azərbaycan sərhədçiləri nəzarət edir. Azərbaycan sərhədçiləri ayıq-sayıq olmalı və onlarla yanaşı polis qüvvələrinin, Dövlət Təhlükəsizlik Xidmətinin əlavə qüvvələrinin əraziyə yerləşdirilməsinə ehtiyac var”. 

OXŞAR XƏBƏRLƏR

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...