Gürcüstanın futbol klubunun prezidenti faciəvi şəkildə öldü

Gürcüstanın futbol klubunun prezidenti faciəvi şəkildə öldü
Gürcüstanın "Zestafoni” futbol klubunun təsisçisi və prezidenti, biznesmen İlya Kokaya Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən faciəvi şəkildə ölüb.

Sfera.az xəbər verir ki, o, yıxılaraq başından xəsarət alıb və vəfat edib.

İ.Kokaya ilə zirvəni fəth etməyə yollanan iş adamı Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.

Qeyd edək ki, 65 yaşlı İ.Kokaya təcrübəli alpinist olub. O, ötən ay Afrikanın ən hündür zirvəsinə – Kilimancaroya qalxıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR