Gürcüstanda 1 gündə 15 nəfər koronavirusdan öldü

Gürcüstanda 1 gündə 15 nəfər koronavirusdan öldü
Gürcüstanda son sutka ərzində daha 1 731 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 197 nəfər sağalaraq evə buraxılıb, 15 pasiyent isə vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 33 858-ə, sağalanların sayı 14 829-a, vəfat edənlərin sayı isə 253-ə çatıb.




OXŞAR XƏBƏRLƏR