Qazaxın azad edilən 4 kəndində bərpa işlərinə başlanılacaq

Qazaxın azad edilən 4 kəndində bərpa işlərinə başlanılacaq

Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı nəzərdə tutulan proqram Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən və Azərbaycana yeni qaytarılan 4 kəndində də həyata keçirilə bilər.

 

Sfera.az xəbər verir ki, bu fikirləri TASS-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

 

“Mən tam əminəm ki, Qarabağ bölgəsini dirçəltməyə imkan verən unikal proqram, əlbəttə ki, bu kəndlərdə də həyata keçiriləcək, Qazaxın bütün kəndləri kimi onlar da gözəlləşəcək, çiçəklənəcək”, - komitə sədri bildirib.

 

S.Seyidov hazırda bir çoxu yataqxanalarda məskunlaşan məcburi köçkünlərin bu kəndlərə qayıdacaqlarına əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycanda bərpa proqramları sürətlə həyata keçirilir.

 

Parlament komitəsinin rəhbəri onu da qeyd edib ki, Ermənistanla sərhədin delimitasiyası prosesi uğurla inkişaf edir.


OXŞAR XƏBƏRLƏR

"Bu saziş İranın Rusiya-Ukrayna müharibəsində iştirakını leqallaşdırır" - AÇIQLAMA

Yanvarın 12-də Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.   Maraqlıd...

Azərbaycanda YENİ DƏLƏDUZLUQ: "Caller ID Spoofing" nədir,necə tətbiq olunur? - XƏBƏRDARLIQ!

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili ...

"Kapital Bank"dan Hökümənin atasının üzləşdiyi dələduzluq halı ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompens...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti yanvarın 19-u gündüz, 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu b...

“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür.  S...

İmişlidə yol qəzasında 2 uşaq öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.    DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, xidmə...