Kobaxidze Bakıda bu sözü demədi: ehtiyacı olacaq…

Kobaxidze Bakıda bu sözü demədi: ehtiyacı olacaq…

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə martın 16-da mətbuata bəyanatla çıxış edərkən, ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı qarşılıqlı dəstək ifadə etməsini xüsusi vurğuladı: “Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz”. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bu mövzuya qısa şəkildə toxundu: “Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

 

Sfera.az Axar.a-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

 

O bildirib ki, Gürcüstanın baş naziri “Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrik edirəm” ifadəsini işlətmədi:

 

“Halbuki Qazazxıstan Prezidenti Qasım-Jomart Tokayev bir neçə gün əvvəl Azərbaycana səfəri zamanı ərazi bütövlüyünü təmin etməsi münasibətilə İlham Əliyevi təbrik etmişdi.

 

Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi halda, Gürcüstan bunu edə bilməyib. Deməli, hazırki şərtlər daxilində ərazi bütövlüyü məsələsində dəstək daha çox Gürcüstan hakimiyyətinə lazımdır. Tiflisi yaxın müddətdə ağır günlər gözləyə bilər. Məsələ burasındadır ki, Cənubi Osetiyanın separatçı liderləri bölgənin Rusiyanın tərkibinə daxil olması üçün Moskva ilə danışıqlar aparırlar. Bu məqsədlə Cənubi Osetiyada “referendum” keçirilməsi də planlaşdırılır.

 

Kremlin necə qərar verəcəyi bəlli deyil. Ukraynada işğalçı müharibə aparan Rusiya Gürcüstan istiqamətində hələ ki, ehtiyatlı mövqe nümayiş etdirir. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər olmasa da, Kremllə Tiflis arasında gərginlik yoxdur, qeyri-rəsmi təmaslar var, idxal-ixrac əməliyyatları həyata keçirilir. Yəni Gürcüstan hakimiyyəti hələ ki, Kremli ciddi narahat etmir. Ancaq Gürcüstan AB və NATO üzvlüyünə daha çox yaxınlaşarsa, Kremlin siyasəti dəyişəcək. Hadisələrin bu istiqamətdə inkişafı halında Kremlin Cənubi Osetiyanın və Abxaziyanın Rusiyanın tərkibinə qatması qərarı istisna deyil. Belə olan halda Tiflisin bir çox dövlətin, o cümlədən Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü tanıyan bəyanatına ehtiyacı yaranacaq”.


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...