"Exit-poll": İlham Əliyev 93,9 faiz səslə seçkilərdə qalib gəlib

ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib.

 

Sfera.az xəbər verir ki, təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

 

“Exit-poll” nəticələrinə əsasən, namizədlərin topladığı səslərin ardıcıllığı belədir:

 

1. Prezident İlham Əliyev 93.9%

 

2. Zahid Oruc 1.8%

 

3. Fazil Mustafa 1.5%

 

4. Qüdrət Həsənquliyev 1.2%

 

5. Razi Nurullayev 0.9%

 

6. Elşad Musayev 0.4%

 

7. Fuad Əliyev 0.3%

Tarix: 7 Fevral 2024, 19:30   


OXŞAR XƏBƏRLƏR