Zaurun verilişinin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Zaurun verilişinin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi "ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb. 

 

Sfera.az bildirir ki, Manset.az saytı məsələ ilə bağlı ATV kanalının bədii şurasının rəhbəri Etibar Babayevlə əlaqə saxlayıb. 

 

O, doğru qərarın verildiyini bildirib:

 

"Yayımın dayandırılması ilə bağlı qərar mənim iştirakım olmadan verilib. Əgər efirdə qeyri-etik ifadələr işlədildiyinə görə verilişi bağlayıblarsa, doğru ediblər. Yəgin ki, bu, ATV-nin rəhbərliyinin mövqeyidir".

 

Qeyd edək ki, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu hadisədən sonra "Bizimləsən" proqramının efiri yarıda dayandırılıb.


OXŞAR XƏBƏRLƏR