6 nömrəli məktəbin direktoruna XƏBƏRDARLIQ OLUNDU

6 nömrəli məktəbin direktoruna XƏBƏRDARLIQ OLUNDU

"Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib".

 

Sfera.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.

 

O bildirib ki, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb.

 

Həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən regional təhsil idarələrinin tabeliyindəki məktəblərdə psixoloji mühitin daha da yaxşılaşdırılması və təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq təlimatlar göndərilib.

 

Mehriban Vəliyeva bildirib ki, məktəblərdə psixoloji mühitin təşkili və uşaqların təhlükəsizliyi Agentlik üçün ən vacib və ən həssas məsələlərdəndir:

 

"Biz cəmiyyətdən, mediadan çox xahiş edirik ki, uşaqların yaş həddini və onların həssas durumunu nəzərə alaraq, paylaşımlar edərkən diqqətli olsunlar".


OXŞAR XƏBƏRLƏR