Bu partiya da seçkilərdə iştirak etməyəcək - Qərar verildi

Bu partiya da seçkilərdə iştirak etməyəcək - Qərar verildi

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etməyəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə qərar partiyanın dünən keçirilən qurultayında qəbul edilib.

 

Partiya məclisi seçkidə iştirak etməmək barədə qərar qəbul edib və qurultayda həmin qərar təsdiqlənib.

 

Qurultay zamanı partiyanın nizamnaməsində bir sıra dəyişikliklər edilib.

 

Qeyd edək ki, seçkilərdə 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Daha 8 nəfərin namizədliyinin irəli sürülməsi müzakirə ediləcək.


OXŞAR XƏBƏRLƏR