Niyə balinalar qayıqlara vəhşicəsinə hücum edir?

Niyə balinalar qayıqlara vəhşicəsinə hücum edir?

Bu il balinaların qayıqlara hücumlarının ardı-arası kəsilməyib.
 

Sfera.az bildirir ki, sonuncu belə hücum yırtıcıların qəribə davranışlarına nəyin səbəb olduğu ilə bağlı sualları yenidən gündəmə gətirib.
 

Qeyd edək ki, balinaların son hücumu ötən ayın sonu Cəbəllütariq boğazında Polşa yaxtasına olub. Hücum düz 45 dəqiqə davam edib. Bu müddət ərzində balinalar dəfələrlə gəmiyə hücum ediblər, nəticədə gəmi batıb.
 

Xoşbəxtlikdən Mərakeş Hərbi Dəniz Qüvvələri qəza siqnalına dərhal cavab verib. Onlar ekipajı təhlükəsiz yerə apara bilsələr də, qayıq limana gedən yolda batıb.
 

İntellektləri və aqressivliyi ilə tanınan balinaların bu davranışının motivləri hələ də aydın deyil. Yırtıcı balinaların Cəbəllütariq boğazında yelkənli qayıqlara ilk hücumları hələ 2020-ci ildə başlayıb. Lakin o vaxtdan bəri balinalar hücumlarını xeyli “təkmilləşdiriblər”. Belə ki, müxtəlif hallarda balinalar müxtəlif taktikalardan istifadə ediblər. Bəzən qayıqlara yüngül toxunmaqla kifayətlənib, digərlərində isə özlərini daha amansız aparıblar.
 

Adi insanlar bu hücumları aqressiv davranış kimi qəbul etsə də, mütəxəssislər buna daha mürəkkəb davranışın əlaməti kimi baxılmasının tərəfdarıdır. Xüsusilə, bəzi tədqiqatçılar əmindirlər ki, bu yolla yırtıcı balinalar əslində “hiperaktiv sosial davranış” nümayiş etdirirlər.
 

Alimlər inanırlar ki, bu əslində müxtəlif yırtıcı balina sürülərinə virus kimi yayılan bir növ çağırışdır. Alimlər hesab edirlər ki, balinalar qəsdən qayıqlara hücum etmirlər. Yəni, balinalar əslində insan qanına susamayıblar.
 

Balinaların Cəbəllütariq boğazında qayıqlara ilk hücumlarının ehtiyatlı davranışlarının təzahürü olduğuna dair bir fərziyyə var. Ehtimal olunur ki, dişi balinalardan biri qayıqla toqquşma nəticəsində yaralanıb. Buna görə də o, hücum etməyə başlayıb, sonra isə bu davranışı öz qrupundakı başqa balinalara da öyrədib.
 

Mütəxəssislər balina davranışını başa düşməyin vacib olduğunu təkid edirlər. Onlar baş verənləri səhv anlamağın son nəticədə insanlardan lazımsız qisas almağa səbəb ola biləcəyindən narahatdırlar.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...