Ordumuzun ələ keçirdiyi erməni PUA-sını bu ölkə istehsal edir - FOTO

Ordumuzun ələ keçirdiyi erməni PUA-sını bu ölkə istehsal edir - FOTO

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) istehsalçısı məlum olub.

 

Sfera.az xəbər verir ki, aparat əsasən müasir kartoqrafik həllər təqdim edən ABŞ şirkəti “Micro Aerial Projects” tərəfindən hazırlanıb.

 

İstehsalçının rəsmi səhifəsində PUA-ların sırf mülki və elmi məqsədlər üçün nəzərdə tutulduğu bildirilir. Bu isə o deməkdir ki, erməni tərəfi sadə və ucuz cihazları alaraq onlara kustar üsulla hazırlanmış hərbi vasitələr əlavə edir.

 

Əlbəttə ki, ermənilərin bu addımı ancaq gülüş doğurur. Belə ki, dünya hərb sənayesinin ən qabaqcıl vasitələrilə təchiz olunan Azərbaycan Ordusuna qarşı qeyri-peşəkar “silahlar” tətbiq etmək ən azından uğursuzluğun təminatı sayılmalıdır.

 

Burada ABŞ şirkətinin də məsuliyyətini dərk etməsi gərəkdir. Belə ki, hər bir istehsalçı öz məhsullarının kimlərə satıldığı və sonradan necə istifadə edildiyini izləməli, buna görə məsuliyyət daşımalıdır. ("Report")

 


OXŞAR XƏBƏRLƏR

"ABŞ də bizdən silah alır” - Mədət Quliyev

Hazırda bir neçə yeni silah növləri yaradılmaq üzrədir. Bu istiqamətdə işlər aparılır.   Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mü...

“Bayraktar”ın "TB3" modeli hazırlanır – Yeni PUA digərindən nə ilə fərqlənəcək?

“Baykar” şirkətinin direktorlar şurasının sədri Selçuk Bayraktar “Bayraktar TB”nin yeni modelinin hazırlandığı haqqında açıqlama verib.&...

Naxçıvan görüşü: bölgəmizin gələcəyinə strateji baxış - ŞƏRH

Qarabağ ərazisində keçirilmiş antiterror tədbirlərindən az sonra Azərbaycan və Türkiyə prezidentlərinin görüşü bütün dünyada maraqla izlənildi. Naxçıvanda səslə...

Bir həftə əvvəl şəhid olan Səbuhinin əkiz qızları dünyaya gəldi - FOTO

Antiterror əməliyyatı zamanı şəhid olan Səbuhi Əliyevin əkiz qızları dünyaya gəlib.   Sfera.az xəbər verir ki, bununla onun özündən sonra 4 övladı ya...

Gözümüzü “kor edən” vərdişlər – Oftalmoloqdan “bunları etməyin” məsləhəti

Uzanıqlı vəziyyətdə oxumaq və işləmək vərdişi görmə qabiliyyətinə mənfi təsir edir.   Sfera.az xəbər verir ki, bu barədə oftalmoloq, mikrocərrah, tib...

Prezidentlə xanımı Bakıda inşası davam etdirilən Zəfər parkında - FOTOLAR

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. &n...