Şərurda yeni avtovağzal tikilir

Gündəm
14:13 / 27.08.2023
4391
Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində müasir standartlara cavab verən avtovağzal binası tikilir.
Sfera.az xəbər verir ki, hazırda binada son tamamlama işləri görülür, ətraf abadlaşdırılır.
Bildirilir ki, avtovağzal binası istifadəyə verildikdən sonra rayon mərkəzində və ayrı-ayrı kəndlərdə sərnişindaşıma xidməti yaxşılaşacaq, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldiləcək.