“Günaybank”ın vəziyyətinə aydınlıq gəlib

“Günaybank”ın vəziyyətinə aydınlıq gəlib
 

"Günaybank”ın maliyyə vəziyyəti məlum olub.

Sfera.az  bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin bürüncü rübündə maliyyə təşkilatı 1 milyon 076 min manat xalis mənfəət əldə edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 685 min manat və ya 63,6% çoxdur.

2020-ci ilin 1-ci rübündə "Günaybank”ın faiz gəlirləri 3 milyon 129 min manat, faiz xərcləri 1 milyon 803 min manat, qeyri-faiz gəlirləri 2 milyon 642 min manat, qeyri-faiz xərcləri 2 milyon 260 min manat təşkil edib ki, nəticədə də bankın əməliyyat mənfəəti 1 milyon 707 min manat təşkil edib. Bank bu məbləğdən 631 min manatı mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlara ayırıb. Bank mənfəət vergisi ödəməyib. Nəticədə də bankın xalis mənfəəti 1 milyon 076 min manat təşkil edib.

"Bankın aktivləri artıb”

Hesabat dövründə "Günaybank”ın cəmi aktivləri 236 milyon 224 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 45 milyon 023 min manat və ya 23,5% çoxdur. Belə ki, ötən il bankın cəmi aktivləri 191 milyon 200 min manat idi.

"Günaybank” istehlak kreditlərini 2 dəfəyə yaxın azaldıb

Bank aktivlərindən 175 milyon 115 min manat kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29 milyon manat və ya 19,8% çoxdur. 2019-cu ilin birinci rübündə bank 146 milyon 110 min manat kredit verib.

"Günaybank” bu il 2 milyon 236 min manat kredit verib. Bu 2019-cu ilin birinci rübü ilə müqayisədə 2 milyon 612 min manat və ya 2,2 dəfə çoxdur. Ötən il bank 4 milyon 849 min manat istehlak krediti verib. Bank bu il 116 milyon837 min manat biznes krediti verib. Bu da ötən illə müqayisədə 2 milyon 839 min manat və ya 2,4% çoxdur. Belə ki, ötən il bu rəqəm 113 milyon 998 min manat təşkil etmişdi.

Həmçinin bank daşınmaz əmlak sahəsinə verdiyi kreditləri də əhəmiyyətli dərəcədə artırıb. Maliyyə təşkilatı qeyd edilən sahəyə 56 milyon 041 min manat kredit verib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28 milyon 779 min manat və ya 2 dəfə çoxdur. Bank ötən ilin birinci rübündə daşınmaz əmlak sektoruna 27 milyon 262 min manat kredit verib.

"Günaybank"a pul qoyanlar artıb”

2020-ci ilin birinci rübündə bankın öhdəlikləri 170 milyon 660 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 40 milyon 803 min manat və ya 31,4% çoxdur. Belə ki, ötən il bankın öhdəlikləri 129 milyon856 min manat təşkil edib.

Bu il banka yatırılan depozitlərin məbləği 96 milyon 039 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyon 578 min manat və ya 36,3% çoxdur.

Fiziki şəxslər tərəfində banka 78 milyon 732 min manat, hüquqi şəxslər tərəfindən isə 17 milyon 306 min manat depozit yatırlıb.

Bankın bu il kapitalı 65 milyon 563 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 219 min manat və ya 6,8% çoxdur. Ötən il bankın cəmi kapitalı 61 milyon 343 min manat təşkil edib.


OXŞAR XƏBƏRLƏR