Güclü külək sabah səhər mülayimləşəcək - ETSN

Güclü külək sabah səhər mülayimləşəcək - ETSN
 

Azərbaycan ərazisində bu gündən müşahidə edilən güclü külək sabah səhər mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a  verilən məlumata görə, oktyabrın 7-si şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində şimal-qərb küləyi əsib və bir sıra rayonlarda güclənib.

Küləyin maksimal sürəti Tovuz, Naftalanda 28, Tərtərdə 26, Bərdədə 25, Balakəndə 24, Ağstafa, Ağdamda 22, Gəncədə 20, Mingəçevir, Gədəbəy, Şəkidə 18, Şabranda 16 m/s-yə çatıb.

Bakıda və Abşeron yarımadasında saat 12:00-a olan məlumata görə, küləyin maksimal sürəti 16-22 m/s təşkil edir, dalğanın hündürlüyü 3 metrədək yüksəlib.

Oktyabrın 7-də gün ərzində küləyin maksimal sürətinin 25-30 m/s, bəzi yerlərdə isə 33-35 m/s-dək güclənəcəyi gözlənilir. Gecə saatlarında küləyin sürəti 15-20 m/s, arabir 23 m/s olacaq, səhər isə mülayimləşəcək.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...