Güclü külək ağacı tanınmış yazarın maşınının üstünə aşırdı - FOTO

Güclü külək ağacı tanınmış yazarın maşınının üstünə aşırdı - FOTO

Dünəndən başlayan hava şəraiti ilə bağlı olaraq paytaxt ərazisində iki ağac aşıb.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gündən ağacların aşması ehtimalı daha çoxdur:

"Aşan ağaclardan biri kökündən qopub. Digərinin isə budağı sınıb. Hadisələrdən biri Nərimanov rayonunda baş verib. Ümumiyyətlə, hələlik sakitlikdir. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına əsasən, güclü külək günortadan sonra başlayacaq.

Küləyin sürəti 28, 30, 32 və 35 m/s olarsa, hadisələrin sayı çoxlacaq. Hesab edirəm ki, əvvəlki aylara nisbətən daha çox ağac aşacaq. Çünki artıq yağış yağıb, torpaq, hətta ağacların oduncaqları belə yumşalıb. Ağacların qırılma və kökündən qopma ehtimalı çoxdur”.

Orxan Məmmədov vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.

Dünən paytaxt ərazidə aşan ağaclardan biri jurnalist, yazar Pərviz Cəbrayılın avtomobilinin üstünə düşüb. Maşına ziyan dəyib.

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olunub

"What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə "Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyə...

Gənc qız burun əməliyyatında öldü

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax rayon Mərkəzi Xəstəxanasında baş verib. Balakən rayon sakini, ...

Nardaran sakini silahını polisə təhvil verdi

Nardaran sakinindən odlu silah götürülüb. Sfera.az xəbər verir ki, bu barədə unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. ...

Azərbaycan əsgəri həlak olub

Bu gün saat 05:40 radələrində "Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidmət...

“Veysəloğlu” şirkətinin gizli anbarı aşkar olundu

Təxminən bir ay əvvəl Sabunçuda İqtisadiyyat Nazirliyi tərəfindən "Veysəloğlu” şirkətinin gizli ərzaq deposu aşkarlanıb. İndex.az xəbər verir ki, bu b...

Hacıqabulda daha bir zəlzələ

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Sfera.az xəbər verir ki, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-q...