Göyçayda maşın kanala aşdı, altı nəfər xəstəxanalıq oldu - FOTOLAR

Göyçayda maşın kanala aşdı, altı nəfər xəstəxanalıq oldu - FOTOLAR
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 200-cü kilometrində, Göyçay rayonunun Qarayazı kəndindən keçən hissəsində qeydə alınıb. 
Hərəkətdə olan BMW markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Nəticədə, maşın su kanalına aşıb. Qəza zamanı maşında olan sürücü və ikisi azyaşlı olmaqla 5 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR