Görüntüləri yayılan narkotacir saxlanıldı - VİDEO

Görüntüləri yayılan narkotacir saxlanıldı - VİDEO
Son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən və polis əməkdaşlarının guya bu şəxsin əməlinə göz yumması ilə bağlı bəzi şəxslər tərəfindən böhtan xarakterli məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyi həmin görütüləri araşdırıb.

Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.

Qeyd edək ki, araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür. Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib.

Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bərdədə ŞOK HADİSƏ: qardaş bacısının başını kəsdi

Bərdə rayonunda qətl hadisə baş verib. Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə rayonun U...

“Yaponçik”in qatili 12 ildən sonra həbs edildi

"Oğru dünyası”nın əfsanəsi hesab edilən "Yaponçik” ləqəbli qanuni oğru Vyaçeslav İvankovun qətlində ittiham olunan Astamur Butba həbs edilib.  Sfera....

Rəis həbs olundu, cinayət işi başlanıldı - RƏSMİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhər Sabunçu rayon idarəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair həmin Xid...

Erməni kəşfiyyatçı Bakıda azərbaycanlı dostunu partladıb – ETİRAF ETDİ/VİDEO

Erməni kəşfiyyatçı "QRU”da bir yerdə oxuduğu azərbaycanlı qrup yoldaşını Birinci Qarabağ müharibəsi zamanı Bakıda evində partladıb.  Sfera.az Bizim.m...

Ana övladı ilə birgə özünü də suya atıbmış - FOTO/YENİLƏNİB

Sfera.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Gülər İmanzadə ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən gəlin yaxınlıqda su t...

İnternat məktəbinin direktoru 88 mini mənimsədi - Cinayət işi açıldı

Təhsil Nazirliyinin tabeliyində olan 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edib saxtakarlığa y...