Goranboyda qadını avtomobil vuraraq öldürdü

Hadisə
17:44 / 12.01.2022
1518
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.
Rayon sakini A.Şükürov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Ramidə Bayramovanı vurub.
Ağır xəsarətlər alan piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.