No Image
No Image

“Google Chrome” bəzi kompüterlərdə işləməyəcək

“Google Chrome” bəzi kompüterlərdə işləməyəcək
"Google Chrome” brauzeri 2005-ci ildən əvvəl istehsal olunmuş kompüterlərdə və noutbuklarda işləməyəcək.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə brauzerin daxili siyasət sənədində qeyd olunub.

"Chrome 89” yeniləməsi "Supplemental Streaming SIMD Extensions 3” (SSE3) əmrlərini dəstəkləməyən x86 arxitekturalı prosessorların dəstəklənməsini dayandıracaq. Bu, əsasən 2005-ci ilə qədər olan platformalara aid olacaq. Fərdi kompüteri "Celeron M” çipi ilə aktual "Windows 10”a qədər yeniləmək mümkün olarsa belə, ona yeni "Chrome” yükləmək mümkün olmayacaq.

"Chrome 87” və sonrakı versiyaların istifadəçiləri önümüzdəki həftələrdə dəstəklənmənin başa çatmasına dair məlumat alacaqlar. "Google”un populyar olmayan bu addımı yalnız "Windows”a aid olacaq, çünki "ChromeOS”, "Android” və "Mac” onsuz da SSE3 dəstəkli prosessorlar olmasını tələb edir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

İşlənmiş elektrik batareyaları necə utilizasiya edilməlidir? - FOTO

Müasir dünyanın ən aktual və mühüm məsələlərindən biri ekoloji problemlər və onların törətdiyi fəsadlardır. Ekoloji problemlərin yaranma səbəbləri olduqca geniş...

"LinkedIn" istifadəçilərinin məlumatları ələ keçirildi - Kiber hücumlar olacaq

"Ötən həftə ortaya çıxan "Facebook" məlumatlarından sonra 740 Milyon istifadəçisi olan "LinkedIn" platformasından 500 Milyon istifadəçinin məlumatı hakerlər tər...

Mükəmməl mərc şirkəti 1xBet - Qeydiyyatdan keç və qazan

Mükəmməl mərc şirkəti 1xBet bir çox cəhətdən bazar lideri hesab olunur. İndi bir çox fərqli əyləncə növünə və səxavətli bir promosyon kampaniyasına sahib olan ç...

Azercell ilk Azərbaycan dilli səs köməkçisini yaratmaq istəyir: Milli Siri gəlir?

Müasir informasiya texnologiyalarının sürətli inkişafı həyatımıza özüylə birlikdə yeni dönəm, yeni qloballaşma mərhələsini - rəqəmsal iqtisadiyyatı gətirdi. Bu ...

Tvitter ötən il əldə etdiyi gəliri AÇIQLADI

Eyniadlı sosial şəbəkəyə sahib olan "Twitter” şirkətinin ötən il əldə etdiyi gəlir açıqlanıb. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkət 202...

"WhatsApp"da yeni funksiya işə salınacaq

"WhatsApp" messenceri danışıq tarixçələrinin "iOS" və "Android" əməliyyat sistemləri arasında köçürülməsini asanlaşdıracaq funksiyanı işə salmağı planlaşdırır. ...