“Goldman Sachs”: 2020-ci ildə neftin orta topdansatış qiyməti yüksələcək

 “Goldman Sachs”: 2020-ci ildə neftin orta topdansatış qiyməti yüksələcək

ABŞ-ın "Goldman Sachs” bankının ekspertləri 2020-ci ildə "Brent” markalı neftin bir barelinin orta spot qiymətini 63 dollar olacağını proqnozlaşdırır.

Bununla bağlı "Bloomberg” agentliyi Maliyyə İnstitutunun hesabatına istinadən xəbər yayıb.

Buradan nəticə çıxarırıq ki, "OPEC+” ölkələrinin ilk rüb üçün hasilatı azaltmağa dair saziş şərtlərini dəyişdirmək qərarını nəzərə alınmaqla, "Goldman Sachs”da  daha öncəki qiymətləndirmələrə düzəliş edilib.

Yanvarın 1-dən başlayaraq gündə 1,7 milyon barel neft bazardan çıxarılmalıdır. Dəyişikliklərin məqsədi qışda - tələbatın az olduğu şəraitdə, bazarda disbalansın qarşısını almaqdır.

Bundan əvvəl bank analitikləri "Brent” markalı neftin bir barelinin orta spot qiymətini 2020-ci ildə 60 dollar olacağını güman edirdilər. Uzunmüddətli proqnoz bir barel üçün dəyişməz olaraq qaldı - 55 dollar səviyyəsində. Yeni qiymətlərə əsasən, Texas neftinin (West Texas Intermediate) nağd qiyməti 2020-ci ildə bir barel üçün 58,5 dollar olacaq.

"Golden Sachs”da hesab edirlər ki, hasilatın azaldılmasına dair sazişin şərtlərini Rusiya, İraq və Nigeriya tam yerinə yetirməyə bilər. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...