Gəncədə iki bacı dəm qazından zəhərləndi
12:00 / 08.02.2020
3378
Gəncədə 2 qadın dəm qazından zəhərlənib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Əliyeva Gülnarə Novruz qızı və Əliyeva Gülmira Noruz qızı dəm qazından zəhərləniblər. Xəstəxanaya yerləşdirilən qadınlara lazimi tibbi yardım göstərilib.
Vəziyyətlərinin kafi olduğu bildilir.