No Image
No Image

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirir.

Aparılan müvafiq tədbirlər nəticəsində DYPŞ əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, şəhər sakini Kamran Əliyev idarə etdiyi "İsuzu-Bogdan” şəhərdaxili marşrut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək sürməklə avtoxuliqanlıq edib və görüntüləri videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıb. Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər şəhər sakini barəsində də hüquqi tədbir görülüb. Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus "VAZ-2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəkəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib. N.Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Çayxanada şənlik təşkil edənlər cərimələndi - FOTOLAR

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil ...

"Göl" restoranı bağlandı - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, i...

Könül Nurullayeva sakinlərin problemləri ilə maraqlandı - FOTOLAR

Millət vəkili Könül Nurullayeva səyyar görüş zamanı 15 saylı avtobus xəttinin fəaliyyəti ilə bağlı sakinlərin müraciətləri ilə maraqlanıb. Sfera.az bildir...

Ermənistan parlamentinin əməkdaşı azərbaycanlı deputatı ölümlə hədələdi: “Başını kəsəcəyik…”

Ermənistan parlamentinin əməkdaşı Lilit Gozalyan Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyevi ölümlə hədələyib. ...

Azərbaycanda şok: 21 uşaq qeyri-qanuni yolla amerikalılara övladlığa verilib - FOTO

Azərbaycanda 21 uşaq qeyri-qanuni yolla amerkalılara övladlığa verilib. Sfera.az xəbər verir ki, "Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" veril...

Yeni marşrut xətti təşkil edilir: Gediş haqqı 40 qəpik olacaq - RƏSMİ

Dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyəti artırılır. Köhnə, istismar müddətini başa vuran avtobusl...