Gəncə üsyanının 100-cü ildönümüdür

Gəncə üsyanının 100-cü ildönümüdür
 

Sovet işğalına qarşı 1920-ci ilin mayın 25-də başladılan Gəncədəki xalq üsyanının ildönümüdür.

"Report”un məlumatına görə, üsyandan 100 il ötür.

Üsyana rəhbərliyi Azərbaycan Cümhuriyyətinin hərbçiləri edib.

Araşdırmaçılara görə, Azərbaycan Cümhuriyyətinin süqutundan sonra XI Qırmızı Ordu hissələrinin quldur hərəkətləri, sovetləşmə prosesində cəlb olunmuş ordu hissələrində etnik ermənilərin çoxluğu Azərbaycan türkləri arasında qırğnıların miqyasını artırıb və bu da haqlı olaraq kəskin mübarizə və etiraz dalğaları ilə müşayiət olunub. 

Üsyana başçılığı Məhəmməd Mirzə QacarCavad bəy ŞıxlinskiTeymur bəy Novruzov və Cahangir bəy Kazımbəyli ediblər.

Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, bəstəkar Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli 1952-ci ildə nəşr edilmiş "Azərbaycan" jurnalında Gəncə üsyanı haqqında belə yazırdı: "Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü”.

Üsyan mayın 31-də xüsusi amansızlıqla yatırılıb. Tədqiqatçılara görə, bir həftə ərzində hər iki tərəfdən ümumilikdə təxminən 20 min adam ölüb. Minlərlə gəncəli ana yurdundan köçməyə məcbur qalıb. Əgər 1916-1917-ci illərdə Gəncədə 60 291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38 880-dək azalıb.

 

ABŞ-ın nüfuzlu "New York Times" qəzeti bu üsyan haqqında belə yazırdı: "Yelizavetpolun tatar əhalisi bolşeviklər tərəfindən vəhşicəsinə qırğına məruz qalmışdır".

 

Şəhəri tərk etmək imkanları olmayan üsyançılar, habelə dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələnib. Üsyan yatırıldıqdan sonra general-mayor Məhəmməd Mirzə QacarQaçaq Qəmbər, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatçı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev və müəllim Mirzə Abbas Abbaszadə kimi şəxsiyyətlərlə yanaşı, Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələnib.

Azərbaycan Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə Gəncə üsyanından belə bəhs edirdi:

"Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər”.

Gəncə üsyanı ölkə boyu zəncirvari şəkildə ayaqlanmalara səbəb olub. Sonradan Tərtər, Lənkəran, Qarabağ, Zaqatala, Quba və digər bölgələrdə müxtəlif üsyanlar baş tutsa da, heç bir üsyan Gəncə üsyanı qədər böyük olmayıb.


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...