Gənc müəllim evində ölü tapıldı
Hadisə
15:10 / 18.11.2019
1727
Cəlilabadda evdən meyit aşkarlanıb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb.
Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA