Gəlirlərimiz azalır, böhran keçirən sektorlar hansılardır? - ŞƏRH

Gəlirlərimiz azalır, böhran keçirən sektorlar hansılardır? - ŞƏRH

"İqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir. Hər kəs bunu bilməlidir. Eyni zamanda, dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyib. Əlbəttə, o böyük çökmənin qarşısı alınıb və neftin qiyməti tədricən bərpa edilib. Ancaq Azərbaycan büdcəsi neftin qiymətinin 55 dollarına hesablanıb və beş ayın nəticəsində neftin orta qiyməti 41 dollardır. Ona görə bizim gəlirlərimiz azalır”.

 

Bu fikirləri prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak edən zaman səsləndirib. Dövlət başçısı qeyd edib ki, bir neçə önəmli iqtisadi sahə fəaliyyətsiz qalıb.

 

Bəs, bu sahələr hansılardır?

Sfera.az xatırladır ki, pandemiyadan ən çox zərəri xidmət sektoru görüb və hazırda bu sektor dərin böhran keçirir. Rabitə və informasiya xidmətləri istisna olmaqla digər xidmət sahələri böhrana girib, sektorda dövriyyə xeyli daralıb. Bunun nəticəsində qeyri-neft sektorunda 2,1 faiz geriləmə baş verib.

Xidmət sektorunun ənənəvi sahələrindən olan nəqliyyatda həm sərnişin, həm də yük daşımalar azalıb. Son bir ildə yük daşımalarında 10,3 faiz, sərnişin daşımalarında 24 faiz azalma qeydə alınıb.

Nəqliyyatda qeydə alınan geriləmə onun bütün sahələrində müşahidə eilməyib. Dəmir yolu nəqliyyatında yük və sərnişin daşınması artıb.

Amma dəniz nəqliyyatında yük və sərnişin daşınmasında geriləmə qeydə alınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatıdır. Burada yükdaşımada 17,1 faiz və sərnişindaşıma 21,3 faiz azalma qeydə alınıb.

Dövriyyənin kiçilməsi metro və hava nəqliyyatında da baş verib. Metroda 56,2 milyon sərnişin daşınıb ki, bu da ötən ilin ilk 5 ayına nisbətən 43 faiz azalma deməkdir. Eynilə hava nəqliyyatında da 48,4 faiz az sərnişin daşınıb. Amma yükdaşımada əksinə 77,3 faiz artım olub.

İnformasiya və rabitə sahəsində vəziyyət yaxşı olub. Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin dəyəri real ifadədə 4,5 faiz artaraq 859,7 milyon manat təşkil edib. Onun 72 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 42,2 faizi və ya 362,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Xidmət sektoru üzrə böhran keçirən ən böyük sahə istehlak bazarıdır. İstehlak bazarı pərakəndə ticarət dövriyyəsindən və əhaliyə göstərilən ödənişli xidmətlərdən ibarətdir. Ümumən, istehlak bazarında 5,2 faiz azalma var. İlk 5 ayda istehlak bazarında bir istehlakçı orta hesabla ayda 356,9 manat vəsait xərcləyib ki, bu da 2019-cu ilin eyni dövrünün göstəricisindən 11,4 manat azdır.

Pərakəndə ticarət dövriyyəsində də azalma baş verib. Burada azalma 1,7 faiz olub. Pərakəndə ticarətdəki azalmanın mənbəyi qeyri-ərzaq malları təşkil edib. Ərzaq mallarının ticarətində artım qeydə alınıb. Qeyri-ərzaq mallarının ticarəti 6,7 faiz azaldığı halda, ərzaq mallarının ticarəti 3,2 faiz artıb.

Pullu xidmətlərin bir hissəsini ictimai iaşə xidmətləri təşkil edir. Bu ilin ilk 5 ayında ictimai iaşə xidmətləri bazarı xeyli kiçilib. Belə ki, bu ilin may ayında ictimai iaşə dövriyyəsi ötən ilin may ayı ilə müqayisədə 3,2 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-may ayları ilə müqayisədə 36,8 faiz azalaraq 342,4 milyon manat olub.

Digər ödənişli xidmətlərdə də böyük azalma qeydə alınıb. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında insanların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart, aprel və may aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azalaraq 2,86 milyard manat olub.

Cari ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 287,1 manatlıq ödənişli xidmətlərdən istifadə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,5 manat azalma deməkdir.

Xidmət sektorunda baş verən geriləmə, dövriyyənin kiçilməsi makroiqtisadi çətinlik yaratmaqla bərabər, məşğulluğun pisləşməsinə də səbəb olur. Çünki muzdla çalışan və eyni zamanda kiçik sahibkarlıq sinifinin böyük hissəsi xidmət sektorunda fəaliyyət göstərir. Bu mənada xidmət sektorunun böhran keçirməsi həm iqtisadi cəhətdən, həm də sosial cəhətdən arzulanan hal deyil.

 

 

 

Vasif

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...