Gələn həftə Ay tutulacaq
13:08 / 18.05.2021
2546
Gələn həftə, mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək.
Sfera.az-ın xəbərinə görə, tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.
Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.