AKTUAL

“Gələcəkdə dərsliklərə düşəcək çətin bir dövrə qədəm qoymuşuq ...” – Ceyhun Osmanlı

“Gələcəkdə dərsliklərə düşəcək çətin bir dövrə qədəm qoymuşuq ...” – Ceyhun Osmanlı

Azərbaycan dövlətinin bəşəriyyətin başağrısına çevrilmiş koronavirus epidemiyasına qarşı effektiv mübarizəsi istər sıravi vətəndaşlar, istərsə də ictimai-siyasi sektor tərəfindən məmnunluqla qarşılanır.


Ölkənin ictimai-siyasi həyatında mühüm rola malik şəxs və qurumlardan dəstək mesajları aparılan tədbirlərin uğurlu olmasından xəbər verir.

Azərbaycan Yaşıllar Hərəkatının lideri sabiq millət vəkili Ceyhun Osmanlı da bu çətin mərhələdə Azərbaycan dövlətinin yürütdüyü mübarizə xəttini dəstəklədiyini ifadə edib.


Sfera.az onun fikirlərini təqdim edir: "Prezident İlham Əliyev və Mehriban xanımın qlobal böhran şəraitində xalqa dəstəyi tövsiyyələrlə məhdudlaşmadı. Böhran şəraitində aztəminatlı ailələrə və zərərə düşəcəyi ehtimal olunan yerli sahibkarlara dəstək məqsədilə 1 milyard manat ayrıldı.

Gələcəkdə dərsliklərə düşəcək çətin bir dövrə qədəm qoymuşuq. İqtidar və müxalifət bir araya gəlməlidir. İntriqalara son qoyulmalıdır. Bu açıq-aşkar qlobal müharibədir. Ölkəyə və xalqa sahib çıxmaq zamanıdır!

Yaşıllar Hərəkatı olaraq bu çətin dövrdə dövlətimizin və xalqımızın yanındayıq!”

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930