No Image
No Image

“Gecə saat 2-də zəng gəldi…” - Ölümqabağı Yaşar Nurinin xanımına SON SÖZÜ — MÜSAHİBƏ

“Gecə saat 2-də zəng gəldi…” - Ölümqabağı Yaşar Nurinin xanımına SON SÖZÜ — MÜSAHİBƏ
Bu gün xalq artisti, adını milli kino və teatrımıza əbədi həkk edən əvəzolunmaz aktyor Yaşar Nurinin doğum günüdür.

Sfera.az aktyorun ömür-gün yoldaşı Rəhimə Nurinin yenicag.az-a müsahibəsini təqdim edir:
– Yaşar Nuri doğum günlərini təmtəraqla keçirməyi sevirdimi?
– Yox, dostlarını evinə dəvət etməyi, hamını başına yığıb, təmtəraqı doğum günü keçirməyi sevmirdi. Dostları ilə yığışıb haradasa doğum gününü qeyd edərdilər. Evdə süfrə açardım, ailə məclisi edərdik. Heç vaxt müdaxilə etmirdim onun işlərinə. Soruşmurdum hara getdin, hardan gəldin.
– Sevdiyi xüsusi hədiyyələr vardımı?
– Təsbeh, üzük, saat, qədimi əşyaları sevirdi və toplayırdı. Sənət dostu Səyəvuş Aslanın da belə bir xobbisi vardı. Yaşar həmişə onunla zarafatlaşırdı ki, məndə olan üzük, təsbeh səndə yoxdur. Hətta bir dəfə Səyəvuşla üzüyünü dəyişmişdi. Dedim ki, niyə dəyişmisən, səninki onunkundan bahadır. Zarafatla dedi ki,Səyəvuş məni aldıdıb.
– Obrazlarına fərq qoyurdumu? Xüsusilə bəyəndiyi bir obraz vardımı?
– Bütün rollarını sevirdi, birinə də fərq qoymurdu.
– Sizcə özünü aktyor, yoxsa, sadəcə insan kimi daha şanslı sayırdı?
– Yaşar hər mənada şanslı insan idi. İstər ailə başçısı kimi, istər aktyor, istərsə də insan kimi. Həmişə sevilib. Hətta ən ağır xəstə yatdığı vaxtlarda belə, mən ona kömək olunması üçün heç vaxt qapı döyməmişəm. Heç kimə ağız açmamışam, heç özü də. Amma istər dövlət tərəfindən, istərsə də məmurlar tərəfindən həmişə qayğı ilə əhatə olunub. Özləri deyirdilər ki, nə lazımdır, kömək edək, edirdilər də. Şansı həm də onda idi ki, ata-anası məni onunla evləndirmişdi. Sənət adamının həyat yoldaşı olmaq çox çətindir. Amma mən həmişə bunu nəzərə almışam.
– Yaşar Nurinin elə bir xüsusiyyəti vardımı, hansı ki, buna görə digər mənfi xüsusiyyətlərinin üstündən xətt çəkmisiniz?
– Təbii ki, Yaşarın hər insanda olduğu kimi, mənfi xasiyyətləri də vardı. Amma mən hər zaman ona sənətkar və şəxsiyyət kimi baxmışam. Mənfilərini ona qurban etmişəm. Mənim üçün ailədə kişiyə hörmət çox önəmli olub, bu hörməti qoruyub saxlamışam.
– Heç yuxunuza girirmi?
– Əvvəllər yox, son vaxtlar yuxuma tez-tez gəlir. Dinib-danışmır, siluet kimi keçib-gedir.
– Ömrünün son günlərində sizə etirafları olurdumu?
– Xəstə olan vaxtlarda mənə daha çox bağlanmışdı, mənsiz qala bilmirdi. Elə deyirdi ki, yanımda ol, getmə heç yerə. Nə gizlədim, ömrünün son vaxtlarında bir-birimizə olan sevgi-məhəbbət hisslərimiz daha da artmışdı. Yalnız bircə dəfə dedi ki, mən olmayanda sənin üçün necə olacaq? Onu rahatlamaq üçün yalandan birinin üstünə beşini də qoyub, dedim ki, hər şey yaxşı olacaq, narahat olma. Mənə görə çox nigaran idi.
– Son sözü nə oldu bəs?
– Xəstəxanada dedi ki, yorulmuşam, yatmaq istəyirəm, get evə, sonra gələrsən. Hər zaman olduğu kimi tapşırıqlarımı verib getdim. Ürəyimə dammışdı ki, nəsə olacaq. Evə gəldim, gecə saat 2-də zəng etdilər ki, tez gəlin. Yaşarın ölümünü heç cürə qəbul edə bilmirəm. O, mənim üçün indi də yaşayır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Həsənquliyevdən TƏKLİF: "Qaçqınlara imkan yaratmaq lazımdır ki, ata evlərini..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cava...

"Hər kəs qadınların bir gecədə çadır və işıq qura biləcəyinə inanmırdı" - Mədinə Quliyeva

She’s Next Empowered by Visa-nın qlobal təşəbbüsü NARGIS jurnalının dəstəyilə indi Azərbaycanda! Layihənin əsas məqsədi sahibkar qadınları, kiçik biznes sah...

Polad Həşimovun bacısı medalın hansı şəraitdə verilməsindən danışdı: "Əvvəlcədən bilmirdik..."

Xəbər verdiyimiz kimi, bir müddət öncə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və dini lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayən...

“Azərbaycan səhiyyəsi reanimasiyadadır...” – Cümşüd Nuriyev

"Ölkədə xoşagəlməz bir ənənə formalaşıb. Yeni rəhbər özündən əvvəlki kadrları peşəkarlığıq səviyyəsindən asılı olmayaraq vəzifələrdən uşaqlaşdırır”. Bu...

Yusuf Halaçoğlu "erməni soyqırımı"nın iç üzünü AÇDI

Türk Tarix Cəmiyyətinin keçmiş prezidenti, "Erməni köçü" və "Sürgündən soyqırıma" kitablarının müəllifi, professor Yusuf Halaçoğlu ABŞ prezidenti Cozef Baydenin...

"Rusiya Qarabağda özünü işğalçı dövlət kimi aparacaqsa, itirən daha çox Rusiya olacaq"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsin təqdim edirik.   - Qüdrət bəy, ermənilərin 44 g...