\"Fransa hakimiyyəti siyasi həzmsizlik sindromu yaşayır” - Politoloq

\
Xəbər verdiyimiz kimi Fransa Prezidenti Emmanuel Makron yenidən Ermənistana dəstəyini nümayiş etdirib. Makron "Azərbaycan əsgərləri dərhal Ermənistanın sərhəddindən çəkilməlidir”, - deyə bildirib.

Bununla bağlı politoloq Nurlan Qələndərli Sfera.az-a açıqlamasında deyib ki, Makronun yenidən qərəzli, qeyri-obyektiv fikirlər ifadə etməsi, qatı ermənipərəst mövqe sərgiləməsi növbəti özünüifşadır:

"Bu zamana qədər, xüsusilə də münaqişə dövründə bu dövlətin ermənipərəst mövqeyinə şahidlik etmişik. Fransa ATƏT-in Minsk qrupunun həmsədri mandatını daşımasına baxmayaraq, münaqişənin həlli məsələsi ilə əlaqədar qərəzli, birtərəfli yanaşma ortaya qoyub. Bəhs olunan dövlətin bu qəbuledilməz mövqeyi status-kvonun qorunub saxlanması, Ermənistanın işğalçı siyasətinin davam etməsi və separatizmin hökm sürməsi kimi dağıdıcı məqsədlərə xidmət edib.

44 günlük müharibə dövründə də Makronun açıqlamaları Fransa hakimiyyətinin beynəlxalq hüquq normalarına zidd və qərəzli mövqe sərgilədiyini təsdiqləyib. Son faktlar onu göstərir ki, E. Makron erməni lobbisi və diasporunun təsiri altındadır. Azərbaycan öz milli güc resursları vasitəsilə münaqişənin hərbi-siyasi yolla həllinə nail olub. Təcavüzkar Ermənistan məğlub ölkə kimi  kapitulyasiya aktını imzalayıb. Fransa hakimiyyəti isə hələ də bu məğlubiyyətlə əlaqədar siyasi həzmsizlik sindromu yaşayır”.

Politoloq qeyd edib ki, Makronun mövqeyi Fransanın milli maraqlarına zərbədir:

"Yəni bu, tamamilə yanlış siyasət və qeyri-adekvat strateji yanaşmadır. Fransanın rasional dövlət ağlı varsa, reallığı qəbul və dərk etməlidir. Anlamalıdır ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan işğalçını cəzalandırıb və yeni reallıqlar yaradıb. Ölkəmiz regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması istiqamətində mövcud geostrateji reallıqlara uyğun və gələcəyə hesablanmış konkret addımlar atır.

Bölgədə yeni geostrateji situasiyanın yaranması Avrasiyada beynəlxalq dialoq, inteqrasiya və əməkdaşlıq zəminində bir çox xalqlar və dövlətlər üçün əhəmiyyətli siyasi-iqtisadi dividendlər vəd edir. Fransa bu reallığı nəzərə almaqla praqmatik davranış sərgiləməli, strateji səhvlərə yol verməməlidir. Əks halda, bumeranq effektli siyasət bu ölkənin öz maraqlarını zərbə altına qoymuş olacaq”.


Günay Rəsulqızı
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...