“Forbes”: Rusiya və NATO müharibə məşqini edib

“Forbes”: Rusiya və NATO müharibə məşqini edib
Ötən həftə Norveç sahili Rusiya ilə NATO-nun şərti döyüş zonasına çevrilib.

Sfera.az-ın xəbərinə görə, bu barədə "Forbes” yazıb.

David Axe adlı müəllifin yazdığına görə, Rusiya və Şimal Alyansının orduları bu regionda qarşı-qarşıya gəliblər.

Norveç, Kanada və Almaniyanın hərbi gəmiləri, F-35 qırıcıları və ABŞ Hərbi Hava Qüvvələrinin B-1 bombardmançı təyyarələri Norveçin qərb sahilində təlim keçiblər. Onlar radioelektron mübarizə və düşmənin hərbi gəmilərə qarşı raketlərin məhv edilməsi ilə bağlı tapşırıqları yerinə yetiriblər. NATO-nun "Dynamic Guard” adlı təlimlərinə Kanadanın "Qalifaks” freqatı və Norveçin Hərbi Dəniz Qüvvələrinin "Steyl” və "Storm” raketli katerləri qoşulublar. Almaniyanın "Şpessart” tankeri isə öz növbəsində onlara dəstək verib. Manevrlərdə iştirak etmək üçün Norveçin mərkəzi hissəsində yerləşən aviabazadan ABŞ-ın iki B-1 strateji bombardmançı təyyarəsi havaya qalxıb.

Müəllif yazır ki, NATO-nun hərbi gəmiləri Norveçin qərb sahilində təlimlər keçirən zaman Rusiya hərbi donanması ölkənin şərq sahilində təlimlər keçirib. Rusiyanın "Marşal Ustinov” raketli kreyseri NATO-nun sualtı gəmilərinə zərbə endirməyi məşq edib. Kreyser Barens dənizinə Severemorskdan çıxıb. Hərbi gəmi sualtı gəmilər və gəmilərə qarşı aviasiya ilə qarşılıqlı fəaliyyəti məşq edib, təlim axtarışı həyata keçirib, eləcə də dəniz gəmilərinə qarşı silahla atışları icra edib. Manevrlər bitəndən sonra Kreyser Severemorska qayıdıb, lakin bunu başqa marşrutla həyata keçirib. Dünyada ən güclü yerüstü hərbi gəmilərdən biri hesab olunan "Marşal Ustinov” cənuba – Vranger-fyorda, Rusiya və Norveçin dəniz sərhədi keçən yerə istiqamət götürüb. Onun cənuba çatması Amerika B-1 bombardmançılarının Norveçə çatması ilə eyni vaxta düşüb. (APA)

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...