Fərman İsmayılovun nəşi Librevilə gətirildi
Cəmiyyət
19:00 / 26.01.2021
1754
Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart” adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Port Gentil şəhərindən digər yerə gətirilib.
Sfera.az-ın məlumatına görə, Fərman İsmayılovun nəşi xüsusi təyyarə ilə Qabonun Port Jantil şəhərindən Librevil şəhərinə gətirilib.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.