Fərid Şahbazlı Türkiyə televiziyasına Ulu Öndər Heydər Əliyevdən danışıb-VİDEO

Fərid Şahbazlı Türkiyə televiziyasına Ulu Öndər Heydər Əliyevdən danışıb-VİDEO
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Türkiyənin Ulusal Televiziyasının "Günaydın Türkiyə” proqramının qonağı olub. Bir çox mövzuların müzakirə olunduğu proqramda ilk olaraq anadan olmasının 96-cı ildönümündə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.

Fərid Şahbazlı televiziya proqramında çıxış edərək deyib ki, Ulu Öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın memarıdır. O qeyd edib ki, Ulu Öndərin hakimiyyətə gəldiyi dönəmdə daxili parçalanmalar və iqtisadi böhranla üz-üzə qalan Azərbaycan məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində güclü və nüfuzlu bir dövlətə çevrilib. Onun şəxsi nüfuzuna və dünya siyasətindəki roluna görə, böyük iqtisadi sərmayəçilər Azərbaycana diqqət göstərməyə başlayıb. Əsrin Müqaviləsi olaraq adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşması məhz onun adı ilə bağlıdır.

F.Şahbazlı vurğulayıb ki, Türk dünyasının böyük liderlərindən olan Heydər Əliyevin fəaliyyəti yalnız Azərbaycanın inkişafına deyil, eyni zamanda bütün Türk dünyasının birlik və bərabərliyinə yönəlib. Heydər Əliyev bütün fəaliyyəti boyu Türkiyə ilə əlaqələrə böyük diqqət göstərib.



OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...