Fərid Pərdəşünas Prezident mükafatı aldı

Fərid Pərdəşünas Prezident mükafatı aldı
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
 
Sfera.az xəbər verir ki, mükafat alan gənclər arasında "technote.az” texnologiya və startap portalından tanıdığınız Fərid Pərdəşünasın adı da var.
 
Qeyd edək ki, Fərid Pərdəşünas müharibə dövründə Azərbaycanın sosial mediasındakı fəaliyyəti ilə diqqət çəkmişdi. O "Tavush Bot" əməliyyatını yaratmışdı.
 
"Tavush Bot" Google Asistant məntiqi ilə çalışan erməni dilini bilən süni intellekt əsaslı bot idi. Bu bot ermənilər ilə danışır, onların məlumatlarını toplayır, lazım olduqda isə onlara toplu mesajlar göndərirdi. Bot erməniləri təşvişə salmışdı. 

"Tavush Bot" özünü süni zəka elan edən ilk erməni sosial media botu idi. "Tavush Bot" ilk dəfə İyul döyüşləri ərəfəsində "Tavush" bölgəsində yaşayan insanlara doğru informasiyanı çatdırmaq üçün yaradılmışdı. 
 
Gülər
Sfera.az

OXŞAR XƏBƏRLƏR