No Image
No Image

Fəaliyyətsiz partiyaların adları açıqlandı - SİYAHI

Fəaliyyətsiz partiyaların adları açıqlandı - SİYAHI
Ədliyyə Nazirliyi fəaliyyət göstərməyən partiyaların adlarını açıqlayıb.

Sfera.az xəbər verir ki,  nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov onlayn mətbuat konfransı zamanı bildirib ki, indiyə qədər Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb: "Son bir il ərzində 7 siyasi partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyaların əksəriyyəti aktiv fəaliyyət göstərir. Lakin təəssüflər olsun ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur. Bu partiyaların rəhbərləri, habelə üzvlərinin bəziləri vəfat edib və bundan sonra bu partiyalar faktiki mövcud deyil. Onlar siyasi arenada fəaliyyətdən də savayı, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etmirlər. Yəni ki, qurultaylar keçirmirlər, rəhbər orqanları seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər.

Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist Partiyalarını qeyd etmək olar. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür”.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qarlı günlərdən sonra Nərimanov rayonunda da təmizlik işləri davam etdirilir - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin "Payız-qış mövsümünə hazırlıq tədbirləri planı”na əsasən bir müddət əvvəl keçən şaxtalı və qarlı günlərdə yaranacaq problemləri...

11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏBƏR

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində nişanlanan 11 yaşlı azərbaycanlı qızın valideynlərinə xəbərdarlıq edib. S...

Vilayət Eyvazov keçmiş polis rəisinə yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Sfera.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq ə...

DYP-dən sürücülərə xəbərdarlıq - Bunu etməyənlər cərimələnəcək

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib. Qur...

Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI

Bu ilin fevral ayında uşaqlara ən çox qoyulan adlar məlum olub. Sfera.az xəbər verir ki, ötən ay uşaqlara qoyulan adlar arasında ilk onluq müəyyənləşib. ...

Baş infeksionist əhaliyə MÜRACİƏT ETDİ

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus infeksiyasından qorunmaqla bağlı vətəndaşlara müraciət edib. Sfera.az-ın məlumatına görə...