Fatih Terim bir daha \"Qalatasaray\"ın baş məşqçisi olmayacaq
00:28 / 14.01.2022
2932
Fatih Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacaq.
Sfera.az xəbər verir ki, bu barədə 69 yaşlı mütəxəssis özünün tviter hesabında paylaşım edib.
İstanbul təmsilçisi ilə vidalaşan Terim "Cim-Bom"la imzaladığı ilk və son müqavilələrin fotolarını yayımlayıb.
O, paylaşımın üzərində "Qalatasaray"dakı ilk imzam və son imzam" sözlərini yazıb.
Qey edək ki, Fatih Terim 1996 - 2000-ci, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"a rəhbərlik edib.